Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutundan bildiriblər ki, mobil telefonların suya düşməsi
hər il milyonlarla qurğunun sıradan çıxmasına səbəb olur.
Yaponiyada
islanmış mobil telefonların qurudulması üçün soba icad edilib. "Thanko”
şirkətinin istehsalı olan bu cür qurğuları cəmi 12 dollara məişət texnikası
satılan mağazalardan əldə etmək mümkündür.
"New York Daily News” qəzetinin
məlumatına görə, mobil telefonun qurudulması prosesi 30 dəqiqə vaxt
aparır.
Paylaş