AĞ
Əgər bu rəngi daha çox
bəyənirsinizsə , bu sizin daxili təmizliyinizə və məqsədinizə çatmaq üçün düz
yol seçdiyinizə işarədir. Yalandan heç vaxt istifadə etmirsiniz, hərdən artıq
açıq olur və sözü birbaşa deyirsiniz. Hesab edirsiniz ki, həqiqət nə qədər ağır
olsa da, yalandan yaxşıdır. Prinsipial olur və düşüncələrinizə həmişə sadiq
qalırsınız. Sizə arxayınlıqla güvənmək olar. Dediyinizə əməl edirsiniz. Hamı
sizdən kömək gözləyə bilər. Lakin ətrafdakılar sizi çox zaman həddindən artıq
ciddi , soyuq və şəfqət göstərməyi bacarmayan bir insan kimi
tanıyırlar.
QARA
Sevdiyiniz rəng
sirrli və daxili dünyanızı hamıdan qorumağa çalışan insan kimi xarakterizə edir.
Siz qapalı, ehtiyatlı və heç kimdən asılı olmayan bir adamsınız. Başqalarının
göstərişlərini xoşlamırsınız. Siz eleqant , ağıllı , məğrur, əla yumor hissinə
maliksiniz. Yaxınlarınızın sizə qarşı isti münasibətini və qayğısını
qiymətləndirirsiniz. Onlar üçün hər şeyə hazırsınız. Amma sizinlə dost olmaq o
qədər də adsan deyil . Siz maraqlı , orjinal və gülüb-danışan insanlarla
ünsiyyətdə olmağı xoşlayırsınız. Baxmayaraq ki, özünüz bədbinliyə qapılırsınız,
insanlarda daha çox nikbinliyi və geniş dünyagörnüşünü xoşlayırsınız. Adətən,
hər məclisdə diqqət mərkəzində olursunuz , lakin bu mövqedə uzun müddət
qalmaqdan yorulur və təklikdə qalmağa ehtiyyac hiss edirsiniz . Təbiətcə
qeyri-adi insansınız . Amma ətrafdakılar çox zaman sizi qaranlıq adam kimi
tanıyır və qəbul etmir.
SARI
Əgər
bu rəngə digərlərindən daha çox üstünlük verirsinizsə , bu sizin cəsarətli və
məğrur xasiyyətinizdən xəbər verir. Siz diqqət mərkəzində olmağı xoşlayırsınız.
Komplimentləri sevir, onların yaltaqlıq olmasından belə narahat olmursunuz.
Hesab edirsiniz ki, ətrafdakılar bənzəmək lazım deyil, qoy başqaları özlərini
sizə oxşatsınlar. Bəlkə də məhz həddindən artıq özünüzə vurğun olduğunuzdan
həqiqi dostlarınız azdır. Siz yüngül -xasiyyət və diqqətcilsiniz. Sözünüzə
etibar etmək olmaz. Lakin o qədər gözəlsiniz ki, ətrafdakılar saysız hesabsız
qüsurunuza göz yumurlar.
TÜND-YAŞILBu rəngi xoşlayan insanı ağır
xasiyyətli və özünə inanan hesab etmək olar. Siz bütün vəziyyətlərdə sakit və
soyuqqanlı qalmağı bacarırsınız. Bu çox yaxşı xüsusiyyətdir. Lakin çoxları belə
güman edirlər ki, ürəyiniz daşdandır . Sizin sakit , soyuq üzünüzə baxanda
düşünmək olar ki, hissiyyatsız adamsınız . Başqalarının fikri sizi
maraqlandırmırsa , onda heç bir dəyişiklik etməyin . Lakin haqqınızda belə
fikirləri dağıtmaq istəyirsinizsə , onda sərbəstləşin, qoy hamı bilsin ki, siz
də sevməyi və nifrət etməyi bacarırsnız.
AÇIQ-YAŞIL
Əgər bu rəngi sevirsinizsə , deməli,
siz sadəlövh , qəlbən cavan və həyatdan zövq alan insansınız. Amma bəzi adamlar
sizi məhdud və qərar qəbul etməyi bacarmayan bir insan kimi tanıyır . Əslində ,
belə deyil. Sadəcə , siz təbiətən nikbin olduğunuzdan yaxşılığa inanırsınız. Heç
zaman dayanmırsınız. Bunlar olduqca yaxşı xüsusiyyətlərdir. Lakin bu qədər
sadəlövh və tez inanan olmasanız , sizi daha uğurlu nəticələr
gözləyir.
BOZ
Bu, sakit və
düşüncəli insanların rəngidir. Demək olar ki, fərdiyyətinizi büruzə vermirsiniz.
Ola bilsin ki, bu sizin kredonuzdur- həmişə ciddi və ağır xasiyyətli olmaq, heç
bir emosiya göstərməmək . Hesab edirsiniz ki, bu yolla başqalarını sizə hörmət
göstərməyə və sözlərinizə qulaq asmağa məcbur
edəcəksiniz.