Şənbə, 27.04.2024, 16:13

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 3 » Karib Dənizinin Piratları 4: Yad sahillərdə
18:24
Karib Dənizinin Piratları 4: Yad sahillərdə


"Sərçə" qayıdır!

Dünya şöhrətli Karib Dənizinin Piratları filminin 4-cü hissəsinin təqdimatı gələn ilin may ayına planlaşdırılıb.
Ardında film haqqında məlumat və azərbaycan dilində subtitrlərlə ilk tize

İl: 2011
Ölkə: ABŞ
Rejissor: Rob Marşal*
Ssenari: Ted Elliot, Tim Pauers, Terri Rossio
Janr: Əyləncə,
Dünya üzrə premyera: 18 may 2011
Azərbaycanda premyera: 19 may 2011
Rollarda: Conni Depp, Penelopa Krus, İen Makşeyn, Ceffri Raş, Oskar Xaenada, Kevin Maknelli, Stiven Qrem, Sem Klaflin, Cemma Uords, Qreq Ellis və başqaları

Film haqqında:
Həqiqətin, xəyanətin, əbədi həyatın axtarışından bəhs edən 4-cü hissədə kapitan Cek köhnə tanışlarından biri ilə qarşılaşacaq – Anjelika. Bütün film boyu onları bağlayan səbəb isə qaranlıqda qalacaq: onları həqiqətən də sevgi hissləri birləşdirir yoxsa Anjelika Ceklə birgə "Əbədi Həyat Mənbəyi”ni tapmaq üçün qəsdən "rola girib”? (Belə baxanda burada təəccüblü bir şey yoxdu, əsl "KDP”** stilidir)
Anjelika inadla Ceki qəddar "Qara Saqqal”ın idarə etdiyi "Kraliça Annanın Qisası” gəmisinə mindirir. Cek çıxılmaz vəziyyətdədir, o daha çox kimdən çəkinməlidir? Hiyləgər düşməndən yoxsa köhnə rəfiqəsindən?
Onu da qeyd edək ki, "Karib Dənizinin Piratları 4”-də iştirakına görə Conni Depp dünya kino tarixində ən böyük qonorarı almış olacaq. 56,5 milyon ABŞ dolları. Filmin əsas qəhramanlarını canlandıran Kira Naytli və Orlando Blum isə... Təəssüf ki, 4-cü hissədə onlar iştirak etməyəcəklər.



* "KDP"-nin ilk üç hissəsinin rejissoru Qor Verbinski ötən ilin aprel ayında rəsmi olaraq filmin 4-cü hissəsini çəkməkdən imtina etdi və Walt Disney studiyası ilə kontrakı kəsmiş oldu. Lakin filmin prodüsseri Cerri Brukxaymer yeni rejissoru tezliklə tapdı: Rob Marşal.
** "KDP" - Karib Dənizinin Piratları

Azərbaycanca subtitrlərlə tizer:

Категория: Kino & Serial | Просмотров: 543 | Добавил: Fallen-star | Рейтинг: 5.0/2
Всего комментариев: 3
0  
3 Fallen-star   (08.08.2010 01:35) [Material]
Menim bu filmden xowum gelir cool biggrin

0  
2 Nelly   (04.08.2010 23:37) [Material]
Super

0  
1 Doktor_kız   (03.08.2010 18:53) [Material]
i love youuu CONI DEPP

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]