Hollywood ulduzu Cameron Diaz,
internet fırıldaqçılarının qurbanlarını tələyə salmaq üçün istifadə etdiyi
adların başında iştirak etdi.
Mərkəzi ABŞda olan, kompüter viruslarına
qarşı proqram inkişaf etdirən McAfee
firması, keçən ay etdiyi yeni araşdırmada, pərəstişkarı olduqları kino ulduzu
üçün internetdə axtarış verərək, bu axtarışdan çıxan viruslu linklərə
girdiklərində, bank qeydləri, e-mail şifrələri kimi fərdi məlumatlarının
oğurlanması riskinə məruz qaldığını ortaya qoydu. Firmanın araşdırması, məşhur
film ulduzlarının fotoşəkil və video linklərinə girənlərin, potensial olaraq
fərdi məlumatlarının oğurlanmasının yolunu da açdığını göstərir. Araşdırmada,
internet fırıldaqçılarının, ən çox məşhur film ulduzları Cameron Diaz, Julia
Roberts və ya Jessica Bielin adını istifadə etdiyi ifadə edildi. McAfeenin illik hazırladığı bu siyahı, Oscar
mükafatları siyahısı qədər olmasa da böyük əhəmiyyət ifadə edir. Çünki
fırıldaqçılar, siyahıda iştirak edən bu məşhurların, qurbanları internetdə
tələyə salmaq üçün mükəmməl yem olduqlarına inanır. McAfeeyə görə, internetdə axtarılan ən təhlükəli
digər məşhurlar arasında Gisele Bündchen,
Brad Pitt, Adriana Lima, Jennifer Love Hewitt, Nicole Kidman, Tom
Cruise, Heidi Klum, Penelope Cruz və Anna
Paquin də iştirak edir.
|