Türkiyənin
reytinq rekordları qırmış "Aşkı Memnu” serialındakı Bihterin filmdə
istifadə etdiyi əşyalar satışa çıxarılıb. Bihterin filmdə sürdüyü
2009-cu il istehsalı olan Mercedes GLK 320 CDI 4 matic avtomobil sahibi
tərəfindən satılır. İyulun 19-da "sahibinden.com” saytında satışa
çıxarılan avtomobil üçün 76 000 avro qiymət müəyyənləşdirilib. Qeyd
edək ki, saytda bu elan 1 həftədə 53 000 dəfədən çox oxunub.