Avqustun 27-də Mars planeti
Yerə ən yaxın nöqtəyə yaxınlaşacaq. Həmin gecə Mars fəzanın yerdən görünən ən
parlaq göy cismi olacaq və onun yerə yaxınlığı 55 milyon 758 min km
olacaq. Qeyd edək ki, bu zaman Mars həm də Günəşə ən yaxın nöqtədə olacaq.
Marsın Yerə ən yaxın məsafədən keçəcəyi növbəti tarix isə 2287-ci ildir.
Mütəxəssislər bildirib ki, Mars
axırıncı dəfə Miladdan əvvəl 57 617-ci ildə yerə bu qədər yaxın olub.
Astroloqlar isə 27-28 avqust gecəsi saat 21.00-dən sonra teleskopla, adi
durbinlə və hətta gözlə səmanın cənub şərqində qızılı rəngə çalan Marsı görmənin
mümkün olacağını deyib.
Xəbəri Facebook'ta Paylaş
|