Bazar ertəsi, 29.04.2024, 04:15

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » İyul » 17 » Yoqa
14:35
Yoqa
 
Yoqa haqqında bilmədiklərimiz
                                                                                   Ətraflı xəbərin ardında                                                                                  

                                                                                                               
Mismarların üzərində uzanmaq ,çilik – çilik olmuş şüşələrin üstündə sərbəst gəzmək,günlərlə ac qalmaq.Bu sadalananlar sadəcə yoqa ilə məşğul olan insanların kənardan görünən fəaliyyətidir.Onlar heç bir sirk nömrəsi göstərmirlər.Hisslərə necə hakim olmağın yollarını göstərirlər.Yoqa tərəfdarlarının başlıca məqsədi insan psixikasını,düşüncəsini idarə etməkdir.

Yoqa sözünün mənşəyinə varanda bəlli olur ki,sankrist əsilli sözün 20-dən çox mənası var.Esasen "birləşmə”, "əlaqə qurma” kimi tərcümə olunur.əgər hindlilərdən soruşsanız ki, "yoqa ilə məşğul olmaq üçün kiminlə əlaqə qurmaq,birləşmək lazımdır?”çox güman ki,onlar belə cavab verəcəklər: "Brahma ilə Atmana ilə”.
Bu sənətin aksiyomaya çevrilmiş düsturu yoxdur.Hər kəs yüksəkliyə yolu özü tapmalıdır.Yoqanın 8 pilləsi var :

"Yama” – təmizlənmə
"Niyama” – cilovlanma,nəfs saxlama
"Asana” – vücudun tənzimlənməsi
"Pranayama” – nəfəsin idarə olunması
"Pratyaxara” – hissləri təcrid etmə
"Dxarana” – diqqət
"Dxyaxa” – fikirləşmə
"Samadxi” – özünü cəmləmə,nurlanma


Ilkin məktəb

İlk 4 pillə "xatxa – yoqa” adlanır (xa – günəş,txa – ay deməkdir). Bu mərhələdə məşqlər əsasən orqanizmin fiziki və fizioloji funksiyalarında aparılır.Araşdırmalar nəticəsində məlum olub ki, "xatxa” yoqa ilə məşğul olanların orqanizmində böyük dəyişikliklər baş verir.Məsələn,ağ ciyərlərdə dəyişikliklər,təngənəfəsliyin aradan qaldırılması,qanda xolesterin və şəkərin azalması,təzyiqin normallaşması,immunitetin güclənməsi.
Yoqa təcili yardım deyil.Məqsədə çatmaq üçün çalışmaq və ilk növbədə səbrli olmaq lazımdır.Yoqa bekarçılığı sevmir.Hər hərəkətin öz mənası,öz uğuru var.Hindistanda 1 neçə xatxa yoqa məktəbləri olsa da hər məktəbdə tədris müxtəlifdir.



Hisslərin tərbiyəsi

2.ci mərhələ Radja – insanın öz fikirləri və düşüncələri üzərində məşqdir.Burada əsas tələbi qısaca belə xarakterizə etmək olar – fikirlərimə əmr et ki,daha düşünməyəsən!
İlk baxışdan asan görünsə də bunun öz çətinlikləri var.Bu mərhələdə insan artıq 2.ci dünyasını yaradır.Yeni yaratdığı dünyaya heç 1 kənar şəxsləri buraxmır.Növbəti mərhələ – meditasiyadır.Bu mərhələdə insan hr hansı 1 əşya və ya mövzü üzərində fikrini 1 yərə toplayır.Obyektə müxtəlif baxış üçbucağından yanaşaraq bəzən cavabını yaxşı bildiyi sualları yenidən fikirləşir və tam yeni qənaətə gəlir.

Qədim yoqa

Yoqanın nə vaxt yarandığını heç kim dəqiq söyləyə bilməz.Bəzi mənbələrdə yoqanın eramızdan əvvəl 3.cü miniliye aid olduğu deyilir.
Təkcə rəqsli yoqanın 5 min il bundan əvvəl yarandığı barədə məlumatlar var.Rəqsli yoqa özündə enerji və mənəvi varlığı birləşdirir.Rəqs 3 hissədən ibarətdir.1.ci hissə – yuxarı hissələrin məşq etməsidir.2.ci hissədə – əsas işi mimikalar görür.Burada incə hərəkətlərə fikir verilir.Nəhayət 3.cü hissə – sözlər.Bu 1 növ əyləncəli rəqsdir.İndi əvvəlki statusunu itirsə də maraq naminə də öyrənilir.
Категория: Maraqlı məlumatlar | Просмотров: 1292 | Добавил: Fallen-star | Теги: yoqa | Рейтинг: 5.0/1
Всего комментариев: 1
0  
1 Star   (17.07.2010 15:26) [Material]
Tesekkurler!!!!!! Cox maraqli idi!!!!!!!!!!! smile

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]