Cümə, 26.04.2024, 10:27

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 25 » Dahilərdən kəlamlar
18:27
Dahilərdən kəlamlar


Özünə vurulan adamın bir üstünlüyü var k, onun rəqibi az olur. ( Lixtenberq.)

* * * *
Yaxşılıq ilə azad adamı qul eləmək olar .( Əli İbn Əbutalib )

* * * *
Nadana yaxşılıq eləmək şoranlığa toxum səpmək kimidir. ( Qabusnamədən.)

*****
Axmaqla dostluq etməkdən, ağıllı ilə düşmənçilik etmək yaxşıdır.( Qədim hind aforizmi.)

* * * *
Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana kimi parlayacaq. ( Qədim hind aforizmi )

* * * *
Bəzən axmaqlardır oruran ali vəifələrdə, amma ləyaqətlilər qapılarda dolaşır. (Ekklessiast kitabı)

* * * *
Bütün axmaqlar cəsur olur. Sadəlövhlükdən , işin başlanğıcında çətinlikləri görə bilmirlər. Amma əvəzində , uğursuzluğa rast gələndə də yanıb-yaxılmırlar. (Qrasian )

* * * *

Necə ki, atmosfer təzyiqi olmaaydı bədənimiz partlayardı, eləcə də ehtiyac , ağır iş və taleyin hər oyunları olmasaydı , adamların lovğalığı onların dəliliyə qədər aparardı ( A. Şopenhauer.)

* * * *

Elə bir əclaf yoxdur ki, axtarsa özündən pisini tapa bilməsin. ( L. N. Tolstoy )

* * * *
Alanda tərifləyib göyə qaldırma, verəndə deyinmə. ( Mark Avreliy )

* * * *

Ən yüksək elm- müdrirlikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır. ( Mark Avreliy )

* * * *
Xeyirxah bir işi ürəkdən tərifləmək həmin işdə müəyyən dərəcədə iştirak etməyə bərabərdir. (Laroşfuko )

* * * *
Caniləri məhv etməklə cinayətin kökünü kəsmək olarmı ? Axı , bu, cinayətin sayını artırmaqdır. Şəri , xeyirxahlıqla məhv elə . ( Labrüyer Jan de. )

* * * *
Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridi. (Labrüyer Jan de. )

* * * *
İnsanın ruhu da onun bədəni kimidir bir gün də qidasız yaşaya bilməz. ( Vovenarq )
 
Категория: Lətifə və Aforizmlər | Просмотров: 670 | Добавил: Fallen-star | Рейтинг: 5.0/2
Всего комментариев: 5
0  
5 Nelly   (27.08.2010 19:02) [Material]
applause

0  
4 Pelin   (26.08.2010 18:25) [Material]
mudrik sozlerdir.insallah tetbiq edersen

0  
3 yusifzade94   (26.08.2010 01:13) [Material]
ela sozlerdi
tesekkurler mehdi

0  
2 Doktor_kız   (25.08.2010 18:34) [Material]
Ən yüksək elm- müdrirlikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır. ( Mark Avreliy )
ela xeberdi smile

0  
1 Fallen-star   (25.08.2010 18:30) [Material]
Cox dahi kelamlardir. Men bunlari ozumde tetbiq eleyecem applause bash book cranky crazy

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]