IMAM MƏHƏMMƏD TƏQİ (ə) buyurur:Şükrü yerinə
yetirməyən bir nemət bağışlanmayan günah kimidir.
İMAM MƏHƏMMƏD TƏQİ (ə) buyurur: ALLAHIN təqib
etdiyi bir kəs necə qaça bilər?!
İMAM
MƏHƏMMƏD TƏQİ (ə) buyurur: ALLAHDAN qeyrisinə ümidvar olanı ALLAH elə
onun ümidnə buraxar.
İMAM TƏQİ (ə) buyurur
buyurur: möminin izzəti xalqa möhtac olomamasındadır.
İMAM TƏQİ (ə) buyurur: Hər kim üç şeyə diqqət
etsə, peşman olmaz: Tələskənlikdən uzaq olmaq, məsləhətləşmək , bir iş görmək
istədikdə ALLAHA təvəkkül etmək.
İMAM TƏQİ
(ə) buyurur: Üç şey insanı ALLAHIN razılığına çatdırar: Çox istiğfar
etmək, mülayimlik, çox sədəqə vermək.
İMAM
TƏQİ (ə) buyurur: Qəlbləri ALLAHA yaxınlaşdırmaq əməllə bədən
üzvlərini zəhmətə salmaqdan daha yaxşıdır.
İMAM TƏQİ (ə) buyurur:
Şər
insanla dost və yoldaşlıq etməkdən çəkin, çünki o, çılpaq qılınc kimidir, zahiri
gözəl, əsəri çox pisdir.
İMAM TƏQİ (ə)
buyurur:
ALLAHA etimad etmək hər bahalı şeyin qiyməti və hər bir
ucalığa çatmaq üçün bir nərdivandır.
İMAM
ƏLİYYƏN NƏQİ (ə) buyurur:
Öz dəyərini anlamayan adamın şərindən
qorun.
İMAM ƏLİYYƏN NƏQİ (ə) buyurur:
Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə
düşür.
İMAM ƏLİYYƏN NƏQİ (ə)
buyurur:
Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə
ikidir.
İMAM ƏLİYYƏN NƏQİ (ə)
buyurur:
ALLAH -Təala onu qəzəbləndirəni xalqın qəzəbinə düçar
edər.
|