Cümə axşamı, 25.04.2024, 15:35

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 21 » Sevgi - nədir?
19:31
Sevgi - nədir?
Yaşadığımız bu dünyada yaşından, cinsindən, irqindən və yaşam səviyyəsindən asılı olmayaraq hər bir insanın ən böyük arzusu dünyadakı ən gözəl nemətlərdən biri olan təmiz, saf məhəbbət əldə etməkdir. Bəzi insanlara bu təmiz, saf məhəbbət qismət olur, bəzilərinə isə qismət olmur. Bu cür insanlar demək olar ki, yaşamları boyunca elə hey o təmiz, ülvi hissin axtarışda olurlar. Mən deyərdim ki, o təmiz, ülvi hissin insanın qarşısına nə zaman çıxacaqı heç məlum olmur. Bir də görürsənki heç gözləmədiyin anda qarşına elə bir insan çıxır ki, istər istəməz özündən asılı olmayan bir səbəbdən o insana bağlanmısan. Onu düşünmədən bir an olsun belə dayana bilmirsən. Elə hey onun haqqında xəyallar qurmaq, onun səsini eşitmək, heç deyilsə ən azından gündə bir dəfə onu görmək istəyirsən... 
 

 

İlk anlar özümüzdə baş verən bu dəyişikliyin səbəbini anlaya bilmir və özümüzə o an yalnız bu sualları veririk: axı mənə nə olub? Nə üçün onu düşünmədən bir an olsun belə dura bilmirəm? Bütün baş verən bu hadisələrin səbəbini müxtəlif yerə yozur, müxtəlif hadisələrlə əlaqələndiririk. Bəzən deyirik ki, yoldaşıq onun üçün narahatam, bəzən də tamamilə heç adiyatı olmayan səbəblərlə bağlayırıq. Daha başa düşmürük ki, biz o şəxsi sevirik və elə onun üçün də onu düşünmədən bir an olsun belə dayana bilmirik. Bəlkədə bütün bu yaşadığımız duyğuların səbəbini anlayırıq. Lakin cəsarət tapıb özümüzə belə etiraf etmədiyimiz üçün anlamazlıqdan gəlir və düşdüyümüz bu vəziyyət üçün müxtəlif səbəblər axtarırıq. Çünki, düşünürük ki, kimisə sevdiyimizi özümüzə belə etiraf edə bilmədiyimiz halda bəs sevdiyimiz şəxsə necə etiraf edəcəyik? Axı sevgini etiraf etmək üçün ən azından cəsarət lazımdı. Bu cəsarət məndə varmı? və sair, və ilaxir. Özlərində cəsarət tapıb sevgilərini etiraf etmədikləri üçün bəzi insanlar deyərdim ki, həyatda qarşılaşdıqları şansı itirirlər. Yəni əgər vaxtında cəsarət tapıb sevgilərini qarşı tərəfə etiraf edə bilsəydilər o zaman bəlkə də çox gözəl cütlük ola bilərdilər. Lakin cəsarətsizlik onların bu şansını əllərindən alır. Məncə aşiq olmazdan ilk öncə hər bir insan çalışmalıdır ki, özündə cəsarət yaratsın.  



Yəni həyatda nəyəsə nail olmaq üçün cəsarətli olmaq lazımdır. Ancaq təmiz məhəbbət üçün heç də cəsarət yetərli deyil. Çünki bəzi insanlarda cəsarətin olmaması ilə yanaşı həm də onlarda itirmək qorxusu da olur. Yəni onlar sanırlar ki, sevgilərini etiraf etdikləri an hər şey bitəcək, qarşı tərəfi əbədi olaraq itirəcəklər. Bunun üçün də sevgini etiraf etmək əvəzinə gözləməyə daha çox yer verir və ümidlərini itirəcəkləri qorxusu ilə yaşayırlar. Həmin insanlar dərindən düşünüb özləri üçün nəticə çıxarsalar görərlər ki, nə qorxmağın, nə cəsarətsizliyin, nə də ki ümidlərini itirəcəklərini düşünüb yaşamalarının heç bir mənası yoxdur. Çünki, əgər sevdiyin insan sənin qismətin deyilsə əvvəl axır onu itirəcəksən. Bunun üçün də itirmək qorxusu ilə yaşamaqın heç bir mənası yoxdur. Bütün yuxarıda yazdıqlarımın demək olar ki, əksəryəti (sevgini etiraf etmək, cəsarət) oğlanlara adiddir. Çünki bizim milli mintalitetimizdə qızın oğlana öz sevgisini etiraf etməsi yanlış anlaşıldığı üçün sevsələr belə öz sevgilərini etiraf edə bilmirlər. Lakin hər bir gənc qızın ən böyük arzusudur ki, sevib-sevilsin və nəhayətində gəlinlik donunu əyinlərinə alsınlar.



Mən deyərdim ki, elə bir şəxs qarşıya çıxıb deyə bilməz ki, mən bunu arzulamamışam. Qızların hələ uşaq yaşlarında gəlinciklə oynamaları, evcilik oynadıqları yoldaşları ilə öz aləmlərində ailə oyunu oynamaları buna əyani sübutu ola bilər. Artıq ağlı kəsən hər bir gənc qız gəlinlik donu geyinəcəkləri günü səbirsizliklə gözləyirlər. Lakin gəlinliyi geymək üçün ilk əvvəl sevə biləcəkləri, yəni ilk gördükləri anda hə mən bununla ailə qursam xöşbəxt ola bilərəm deyə biləcəkləri birinin qarşılarına çıxmasını gözləyirlər. Bu xüsusiyyət eyni zamanda oğlanlara da məxsusdur. Deyərdim ki, çox az hallarda gənclər istər qızlar, istərsə də oğlanlar öz xəyallarında yaşatdıqları biri ilə ailə həyatı qururlar. Bəzən görürsən ki, ya qız, ya da ki oğlan loru dildə desək dörd-dördlük bir insanla həyatlarını birləşdirmək istəyirlər. Lakin bu tip insanların unutduqları bir şey var, oda odur ki, həyatda mükəmməl və qüsursuz deyə biləcəyimiz bir insan yoxdur. Hər kəsin bir qüsuru və eyibi var. Atalar yaxşı deyib: eyibsiz gözəl yoxdur. Buna görə də bu tip insanlar qüsursuz birini axtarmaq əvəzinə, ağıllı, qabiliyyətli ən əsası isə tərbiyəli biri ilə ailə qursalar daha yaxşı olar.  
 

 
 

Çünki, mükəmməl insan axtarışında olduqları zaman bir də onda ayılacaqlar ki, artıq hər şey üçün gecdir. Bir şeyi dərk etməlidirlər ki, atalar demişkən; bir işi edəcəksənsə vaxtında et ki, xeyrini və bəhrəsini görərsən.Yəni vaxtında ailə qurmaq daha gözəl olar. Mən demirəm ki, elə ilk qarşılaşdığın şəxslə ailə həyatı qurmaq haqqında düşün. Yox. Gərək ilk əvvəl onunla tanış olub heç deyilsə bir dəfə danışıb anlamalısan ki, sənin xasiyyətinin, ən azından fikirlərinin heç deyilsə 50 faizi o şəxslə üst-üstə düşür və o zaman onunla ailə həyatı qurmaq haqqında fikirləşə bilərsən. Kor-koranə də ailə qurduqda o ailə demək olar ki, çox az hallarda xöşbəxt ailə olur.
Əvvəllər oğlanlar gün keçirmək üçün gündə biri ilə danışıb ona yalandan sevirəm söyləyirdilərsə, indiki zəmanədə isə bu hallar deyərdim ki, artıq əksər qızlarda da ənənə halını alıb. Elə hər qarşılarına çıxan şəxsə səni sevirəm söyləyir, bir iki ay onunla gün keçirdikdən sonra başqa ov axtarışına çıxırlar. Demək olar ki, artıq sevgi kəlməsini sözün əsl mənasında ucuzaşdırıblar. Həmin şəxslər gündə birini sevmək əvəzinə ağıllarını başlarına yığıb xöşbəxt ailə həyatı qurmaq haqqında düşünsələr daha yaxşı olar. Mənim fikrimcə xöşbəxt, qüsursuz ailə qurmaq üçün sevgi ilə yanaşı həm də qarşılıqlı hörmətin olması lazımdır. İnsan nə qədər çox sevsə də, əgər ailə qurduqdan sonra onların bir-birilərinə qarşılıqlı hörmətləri yoxdursa o zaman onların ailələrində çox zaman söz-söhbət olur. Bu söz-söhbətin olmaması üçün də ailənin ilk təməli qoyulduqu gündən etibarən sevgi ilə yanaşı qarşılıqlı hörmət də həmin ailəyə daxil olursa o ailənin təməli sağlam, sarsılmaz olur. Əgər ailə həyatı qurduqda bütün bu yuxarıda dediklərimizin heç deyilsə yarısı olarsa o ailənin təməli sağlam olar.
Ulu tanrıdan diləyim budur ki, qoy həyatda hər kəsin qarşısına heç deyilsə tam da arzuladıqları kimi olmasa da ürəklərinə yatacaq biri çıxsın



Bəzi insanlar deyir ki, sevginin tərifi yoxdu. Ancaq mən deyərdim ki, sevgi paylaşmaqdır. Yəni iki insan ürəkdən saf, təmiz məhəbbətlə sevirlərsə o zaman da bir-birilərinin qəminə kədərlənib, sevincinə sevinməlidirlər. Biri od olduqda digəri su olmalıdır. Sevgi paylaşmaqdır. Sevgi anlaşmaqdır. Sevgi bir ömrü xöşbəxt və firəvan yaşamaqdır. Tanrı bütün gənclərə gözəl və xöşbəxt ailə qismət etsin. Amin.
 
Категория: Sevgi | Просмотров: 623 | Добавил: Fallen-star | Рейтинг: 3.8/30
Всего комментариев: 6
0  
5 Doktor_kız   (22.08.2010 11:52) [Material]
hmmm,anladim..

0  
4 Fallen-star   (21.08.2010 23:58) [Material]
Birincisi hamida oldugu kimi menimde qeçiçi sevgilim olub. Amma etiraf elemeyi utanmışam. Və sevsəmdə heç vaxt etiraf eləmərəm kii, mənim səndən xoşum gəlir!!!

0  
6 Pelin   (22.08.2010 19:36) [Material]
Aferin Mehdi hemise bele ol.Amma seninle sonra hesablasariq.

0  
3 Pelin   (21.08.2010 21:43) [Material]
Mehdi sene bir soz deyim?Eladi.Aferin sene insallah son cumle sene de aid olar.Amma bizi de(bacilarini) yaddan cixarma.Yoxsa seni oldurerik

0  
2 Doktor_kız   (21.08.2010 21:07) [Material]
aferin sene.AY MEHDI casib asiq olub eliyersene..bilmerik smile

0  
1 Star   (21.08.2010 20:03) [Material]
Amin amin amin!!!!!!!! Cox ela!!! Men deyiremde mehdinin sayti birdenedi!!!!!!!! Tesekkurler!!!!!!!!!! smile

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]