Cümə, 26.04.2024, 04:03

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 9 » Ramazan ayının qazandırdıqları
23:22
Ramazan ayının qazandırdıqları

Üç kimsə vardır ki, duaları geri qaytarılmaz

İlahi ehsan ayı - Ramazan

Məhəmməd peyğəmbərin (s.ə.s) Mədinəyə hicrətinin 18-ci ayında qiblə Kəbə istiqamətinə dəyişdirildi. Bundan sonra da oruc fərz qılındı və Allah orucun möminlərə fərz olduğunu "Bəqərə" surəsinin 183 və 184-cü ayələri ilə bildirdi:

"Ey iman edənlər! Oruc sizdən əvvəlki ümmətlərə fərz qılındığı kimi, sizə də fərz buyuruldu ki, bunun vasitəsilə pis əməllərdən çəkinəsiniz, qorunasınız. Sayı müəyyən günlərdə olmaq üzrə oruc sizə fərz oldu. Sizdən hər kim xəstə, yaxud yolçu olarsa, tutmadığı müəyyən günlər qədər digər günlərdə qəza edər. Oruc tutmağa gücləri çatmayanlar bir kasıbı doyuracaq qədər fidyə verməlidirlər. Bununla bərabər kim könüllü olaraq bir xeyirxahlıq edərsə, bu özü üçün daha yaxşıdır. Bilsəniz, oruc tutmanız sizin üçün nə qədər xeyirlidir".

Oruc ruhu möhkəmləndirir. Qurani-Kərimdə də ifadə edildiyi kimi, insan ruh və bədəndən mütəşəkkil olan bir varlıqdır. Maddiyyat insanı müəyyən zaman sonra azğınlığa və Uca Allahın qoyduğu sərhədləri aşmağa sövq edə bilər. Məhz o anda oruc məsələyə müdaxilə edər və insanı mənəvi möhkəmliyə doğru çəkər, insana qadağan olan hərəkətləri etməməsi mövzusunda kömək olar.

Oruc nəfsi tərbiyə edər. Heyvanlarda olan şəhəvi qüvvət, yırtıcı məxluqatda olan qəzəbi qüvvət, mələklərdə olan ruhani qüvvət insanda da var. Lakin insan oruc tutmaqla şəhəvi və qəzəbi qüvvətlərin istək və arzularına boyun əyməyərək ruhani qüvvətə yönəlsə, o zaman sanki mələkləşər və Həzrəti Peyğəmbərin (s.ə.s) buyurduğu kimi səbrin yarısını əldə etmiş olar.

Peyğəmbər Əfəndimiz (s.ə.s) buyurur: "Ramazan ayı girincə Cənnət qapıları açılar, Cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirə vurular".

Ramazan ayının xüsiyyətləri:

1.Qurani-Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır.
2.Qurani-Kərim bu ayda endirilib. Uca Rəbbimiz buyurub: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir" ("Bəqərə", 185).
3.Qurani-Kərimdə ifadə olunan Qədr gecəsi bu ay içərisindədir: "Qədr gecəsi savab cəhətdən min aydan daha xeyirlidir!" ("Qədr", 3).
4.Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınıb. Ramazan ayı girincə şərtlərə tabe olan kəslərə (Oruc tutacaq kimsə müsəlman, ağıllı, həddi-büluğa çatmış, sağlam olmalı, xəstə və yolçu olmamalıdır) oruc fərz olar.
5.Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir.
6.Təravih namazı da bu aya məxsus ibadətlərdəndir. Bu mövzuda bir hədisi-şərif rəvayəti belədir: "Kim inanaraq və savabına ümid edərək Allah rizası üçün təravih namazı qılarsa, keçmiş günahları bağışlanar".
7.İtikafa girmək. Ramazan ayının son on günündə itikafa girmək sünnətdir. Aişədən (r.a) rəvayətə görə: "Həzrət Peyğəmbər Ramazan ayının son on günündə vəfatına qədər itikafa girərdi. Vəfatından sonra da xanımları itikafa davam etdilər".
8.Ramazan ayında Qurani-Kərim oxumaq, xeyir və yaxşılıq etmək digər zamanlara nisbətən daha fəzilətlidir.

Orucun qazandırdıqları:
Dilədiyim kimi
Allah Rəsulu (s.ə.s) bir əshabına:
- Adəm övladının hər yaxşı əməlinə qat-qat qarşılıq verilir. Yaxşılıqlar ən az on misli ilə yazılır, bu, yeddi yüz mislinə qədər yüksəlir. Uca Allah belə buyurub: "Oruc bu ölçüdən kənardır, çünki o, sadəcə Mənim üçündür. Mən də onu dilədiyim kimi mükafatlandıracağam. Qulum Mənim üçün istək və arzularından, yemək-içməkdən imtina etdi" deyir və davam edir:
- Oruclu üçün iki sevinc vardır. Biri orucu açdığı zaman keçirdiyi sevincdir. Digəri də Rəbbinə qovuşduğu zamanın sevincidir. Oruclunun ağzından gələn qoxu Allah qarşısında müşk qoxusundan daha xoşdur.

Allahın razılığı
Rəsulullahın (s.ə.s) nəvələri - Həsən və Hüseyn xəstələnir. Atası Həzrət Əli və anası Həzrət Fatimə Allaha belə niyyət edir: "Uşaqlarımız yaxşı olarsa, üç gün oruc tutaq".
Çox keçmədən xəstələr şəfa tapır. Ana və ata oruclarına başlayır. Birinci gün səhər yeməyinə qalxıb oruca niyyət edirlər. Günü oruclu keçirib axşama iftar hazırlayırlar. Axşam elə iftar edəcəkləri vaxtda bir kasıb gəlib:
"Allah üçün mənə yemək verin, acam", - deyir.
Onlar da iftara hazırladıqları yeməklərin hamısını o kasıba verirlər. Özləri isə su ilə iftar açırlar. Evdə yeməyə başqa bir şey yox idi. İftarda bir şey yemədikləri kimi, səhər yeməyinə də qalxmadan ikinci gün oruclarına davam edirlər. Axşam olunca bu dəfə də bir yetim gəlib:
"Allah üçün bir şey verin", - deyə əl açır.
Onlar da yenə ağızlarına heç nə almadan iftar süfrəsindəki yeməyin hamısını o yetimə verib su ilə iftar açırlar.
İftarsız, səhər yeməyi yemədən üçüncü gün də oruc tuturlar. Üçüncü günün iftar vaxtı çatanda qapılarına bu dəfə də bir əsir gəlib ac olduğunu deyir, onlardan yeməyə bir şey istəyir. Həzrət Əli və Həzrət Fatimə bu dəfə də yeməklərinin hamısını o əsirə verirlər. İftar əvəzinə yenə su içirlər. Onların aclıq içində etdikləri bu səxavətlilik və fədakarlıq Cənabi-Haqqın çox xoşuna gəlir. Onlar haqqında: "Özləri ehtiyac hiss etdikləri halda, yeməklərini kasıba, yetimə və əsirə yedirdirlər", - "İnsan" surəsinin 8-ci ayəsini göndərərək razı olduğunu bildirdi.

İftar duası

Üç kimsə vardır ki, duaları geri qaytarılmaz: "İftar vaxtı oruclunun duası, adil dövlət başçısının duası, zülmə və haqsızlığa məruz qalanın duası". Allah bu duaları buludların üzərinə çıxarır. Onlara göyün qapıları açılır və Allah-Təala buyurur:
- İzzətim haqqı üçün, hikmət gərəyi bir az geciksə belə, mütləq sənə kömək edəcəyəm!

Bir gün Peyğəmbərimiz (s.ə.s) belə buyurdu:
- Oruclunun iftar vaxtı etdiyi dua geri qaytarılmaz.
Peyğəmbərimiz iftar vaxtı belə dualar edərdi:
"Allahım, Sənin razılığın üçün oruc tutdum. Sənin ruzinlə orucumu açdım. Sənə inandım. Ramazan ayının sabahkı orucuna niyyət etdim. Artıq mənim keçmiş və gələcək günahlarımı bağışla.
Allahım! Sənin razılığın üçün oruc tutdum. Sənin ruzinlə orucumu açdım. Ey əfvi çox olan Rəbbim! Məni, anamı, atamı və bütün möminləri hesab günündə bağışla. Amin!"

Ramazanın hər gecəsi bir mələk belə səslənər:

- Ey xeyirxahlıq edənlər! Diqqət edin və yaxın gəlin. Ey bəd əməl sahibləri! Artıq bəsdir deyib gözünüzü açın.
Daha sonra mələk belə səslənir:
- Bağışlanmaq istəyən bir nəfər varsa, o bağışlanacaq. Tövbə edən biri varsa, onun tövbəsi qəbul ediləcək. Dua edən biri varsa, onun duası qəbul ediləcək. Kim Allahdan nə diləyərsə, onun diləyi qəbul ediləcək.

Onlar oruc tutmadılar
Peyğəmbər Əfəndimiz (s.ə.s) bir gün müsəlmanlara oruc tutmağı əmr edərək "mən icazə verməmiş heç kim orucunu açmasın"- buyrur. Axşama yaxın aclıqdan və susuzluqdan halsız qalan iki qadın Əfəndimizin yanına bir adam göndərir. Adam deyir: "Ya Rəsulullah! İki qadın oruc tutub indi yorulublar. İcazə verirsiniz, iftar etsinlər?" Peyğəmbərimiz icazə vermir. Adam iki dəfə təkrar gəlir. Sonunda Əfəndilər Əfəndisi buyurur: "Onlar oruc tutmadılar. Bütün gün insanların ətini yedilər. Get onlara söylə ki, tövbə etsinlər. Qadınlar deyiləni edirlər və bəzi şeyləri qusurlar. Adam hadisəni Peyğəmbərə danışır. O isə belə buyurur: «Bu iki qadın Allahın halal buyurduğu şeylərdən uzaqlaşaraq oruc tutdular. Allahın onlara halal buyurduğu ilə iftar etdilər. Ancaq bir yerdə oturaraq onun-bunun haqqında danışdılar".

Mənbə:Karvan jurnalı
Категория: Maraqlı məlumatlar | Просмотров: 532 | Добавил: Fallen-star | Рейтинг: 5.0/3
Всего комментариев: 4
0  
4 Nelly   (16.08.2010 17:03) [Material]
Duzdur Doktor_kiz insallah bu ay her kese ugur getirer

0  
3 Doktor_kız   (15.08.2010 22:34) [Material]
hamimiza ugurlu olsun bu mubarek ay.AMIN

0  
2 Pelin   (10.08.2010 08:30) [Material]
tesekkurler

0  
1 Fallen-star   (09.08.2010 23:46) [Material]
hmmm cool

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]