Şənbə, 20.04.2024, 18:36

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 17 » Rənglərin sirri 2-ci hissə
23:00
Rənglərin sirri 2-ci hissə
 
QIRMIZI

Olduqca təcavüz rəngidir: Əgər bu rəngi sevirsinizsə, deməli , siz məqsədi olan , inadkar və ürəkli insansınız. Şöhrətpərəst, həm də əmr verməyi sevənsiniz. Həmişə hər işi öz əlinizə almağa çalışır, bunu sizdən yaxşı heç kimin etməyəcəyini düşünürsünüz. Və sizə doğrudan da qulaq asırlar, çünki sizin enerjiniz aşıb -daşır.
Amma beləbir paradoks yaranır: Sizin üstünlüyünüzü qəbul edən və etirazetmədən sizə tabe olan kişini heç zaman sevə bilməyəcəksiniz, hətta ona hörmət etməyəcəksiniz. Əvəzində sizinlə mübarizə aparan , hökümlü olmağınızla barışmayan kişini sədaqət və ehtirasla sevəcəksiniz. Lakin sizdən güclü olacaq bu xasiyyətli kişini tapmaq o qədər də asan deyil.

ÇƏHRAYI.

Siz mehriban və həlimsiniz. Sevdiyiniz rəng ürəyinizin gənc və təmiz olduğundan xəbər verir. Həyat sizin üçün gözəl və heyrətamizdir. Siz ümidlərlə yaşayır, qəlbinizdə təmiz xəyallar bəsləyirsiniz. Yaxınlarınız sizi çox istəyirlər. Amma demək lazımdır ki, bütün həyatınız boyu xəyallar içində yaşaya bilməzsiniz. Artıq yavaş-yavaş böyümək lazımdır. Çünki gec -tez hansısa hadisə sizin xam xəyallarınızı uçura bilər.

NARINCI.

Bu rəngi sevən insanlar daim yüksəklikdə olmağa çalışırlar. Xasiyyətcə siz mübarizsiniz, ruhdan düşmək sizə yaddır. Sizin fikrinizcə , yalnız zəiflər qaşqabaqlı olurlar . Ona görə də adamlar sizə can yandırırlar. Siz hər bir vəziyyətdən çıxış yolu tapırsınız. Əgər aşınıza bir iş gəlirsə, günahkar özünüzsünüz. Məsuliyyət hissi sizdə çox böyükdür və siz bilərəkdən özünüzü çoxlü işlərlə yükləyirsiniz. Lakin çox zaman gücünüz və imkanlarınıza olduğundan daha artıq qiymət verirsiniz.

SÜD RƏNGİ.

Qadınlar bu rəngi ət rəngi də adlandırırlar . Əgər bu rəng xoşunuza gəlirsə , siz mehriban və səmimi insasınız. Siz hamını razı salmağa çalışırsınız və konfiliktlərdən uzaq olmağa üstünlük verirsiniz. Həlimxasiyyətli və qərarsız görünsəniz də , əslində , prinsiplərinizə sadiq qalmaq üçün iradəniz böyükdür. Şöhrətpərəst deyilsiniz. Ailə dəyərləri sizin üçün birinci yerdədir. Ətrafınızda yalnız sizi sevən insanların olmasını istəyirsiniz. Sizi sadəlövh hesab edirlər, lakin siz özünüz öz daxili dünyanızı göstərməyə çalışmırsınız.

GÖY.

Əgər məhz bu rəng xoşunuza gəlirsə, deməli , siz romantik insansınız. Lakin açıq şəkildə bunu yalnız gənclik çağlarınızda göstərirsiniz. Yaşa dolanda artıq öz isslərinizi gizlətməyə alışacaqsınız. Siz həm hərəkətinizdə , həm də düşüncələrinizdə orjinal və sərbəstsiniz. Özünüzdən başqa heç kimə güvənmirsiniz. Maneələrdən çəkinmir və hesab edirsiniz ki, bütün vəziyyətlərdən çıxış yolu tapmaq olar.

MAVİ.

Bütün həyatınız boyu bu rəngi sevirsinizsə , bu sizin dəymədüşər , həssas , aciz adam olduğunuzu deyir. Kişilərdə özünüzə arxa , dayaq axtarırsınız, və adətən , onu tapırsınız. Adamlara son dərəcə şəfqət göstərdiyiniz üçün sizi çox istəyirlər. Kimdənsə hansısa günahına görə heç zaman üz döndərmirsiniz. Siz tabe olmağı xoşlayırsınız. Tez məftun olan və cazibədarsınız, lakin dostlarınız sizi çox zaman tərk edir. Çünki passivliyiniz onları sizdən uzaqlaşdırır, həmçinin, onlar əmindilər ki, siz onları bağışlayıb yenidən qəbul edəcəksiniz.

BƏNÖVŞƏYİ.

Bu rəngi sirli xasiyyətli adamlar sevir. Siz həyatda qeyri-adi , adi anlayışlara sığmayan və müəmmalı olan hər şeyi xoşlayırsınız. Gerçəklik öz kobudluğu ilə sizi bezdirib və ətrafınıza yalnız gözəl olanı yığmağa çalışırsınız. Jestləriniz eleqant , ədalarınız teatraldır. Siz adamları şoka salmağı xoşlayırsınız. Ammahəqiqətdə özünəinam hissi sizdə azdır. Çünki uşaqlıqla hələ tam vidalaşmamısınız . Sizağıllı və gözəlsiniz, amma bu sizin üçün kifayət deyil Siz istəyirsiniz ki, hamı sizin qeyri - adiliyinizi qəbul etsin. Amma buna necə nail olmağınızı bilmirsiniz, ona görə də qəmli və əsəbi olursunuz.
Категория: Maraqlı məlumatlar | Просмотров: 535 | Добавил: Nelly | Рейтинг: 4.2/6
Всего комментариев: 3
0  
3 Fallen-star   (18.08.2010 17:46) [Material]
Duzdur Doktor_kiz. Men sizi cox gozel taniyiram. Duzdur. Bunlari sizi tutushdurmuram!!!

0  
2 Doktor_kız   (18.08.2010 11:27) [Material]
mavi rehgi cox xoslayiram ama burda yazilanlarlarin bezisi dogru deyil mavi rengde sad

0  
1 Pelin   (17.08.2010 23:48) [Material]
he bax bu basqa mesele.supersen eee Mehdi

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]