Çərşənbə, 24.04.2024, 01:28

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 11 » Məhşur türk aktrisaları silsiləsi - TUĞBA BÜYÜKÜSTÜN
19:20
Məhşur türk aktrisaları silsiləsi - TUĞBA BÜYÜKÜSTÜN
 
Türkiyənin ən istedadlı aktrisalarından biri olan və internet səhifələrində ən çox sevilən oyuncu kimi yer alan Tuğba Büyüküstün 5 iyul 1982-ci ildə İstanbulda anadan olmuşdur.Tuğba Büyüküstün Mimar Sinan universiteti səhnə dekorları və kostum sorumlusu fakultəsindən məzun olmuşdur.Məzun olduqdan sonra seriallarda geyim tasarımcısı olaraq çalışarkən duru gözəlliyi ilə Tomris Giritlioğlunun diqqətini çəkdi.2003-cü ildə "Sultan Makamı” serialınının son 4 bölümündə rol alaraq aktrisalığa ilk addımını atmış oldu.2004-cü ildə Tomris Giritlioğlunun "Çemberimde gül oya” serialında baş rol olmasa da əsas rollardan birini canlandırdığı "Zarife” rolu ilə diqqətləri öz üzərinə çəkməyi bacardı.Elə həmin ildə "Gülizar”adlı televiziya filmində Şevket Çoruh və Yetkin Dikinciler ilə baş rolu paylaşdı.2005-ci ildə "Aşk yolu” adlı ikinci televiziya filmində rol aldı.Elə həmin ildə Türkiyədə böyük səs gətirən Çağan Irmağın "Babam və oğlum” filmində qısa amma təsirli bir rol ilə sinemaya ilk addımını atmış oldu.Bu film ona ilk baş rolu gətirdi.Elə həmin ildə ”İhlamurlar altında” serialında Bülent İnal ilə baş rol oynadı.Bu serialın ərəb ölkələrində yayınlanması ilə bərabər Tuğba şərq ölkələrinin ən sevilən və tanınan aktrisasına çevrildi.Ərəb reklamlarında rol aldı.Adına internet saytları quruldu və internetdə en çox aranan aktrisa oldu.2006-cı ildə "Sınav” filmində bir müəlliməni canlandırdı.2007-2009-cu illərdə "Asi” serialında Murat Yıldırım ilə baş rolu paylaşdı.2010-cu ildə müsəlman qız ilə xristian bir gəncin sevgisindən bəhs edən "Yüreğine sor” filmində Kenan Ece ilə baş rolda yer aldı.2010-cu ildə yenə də Tomris Giritlioğlunun lahiyəsi olan "Gönülçelen” adlı serialda Cansel Elçin ilə bərabər baş rola təklif aldı.Hazırda serial davam edir və yeni sezonda yeni bölümləri ilə yenə də sevənlərinin qarşısında olacaq.
Xərçəng bürcündən olan gənc aktrisanın çəkisi 53 kq.dir
Категория: Tanınmışlar | Просмотров: 561 | Добавил: Fallen-star | Рейтинг: 1.2/4
Всего комментариев: 1
0  
1 Doktor_kız   (15.08.2010 22:28) [Material]
cox xoslayiram bu aktrisani,gozeldi

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]