Cümə axşamı, 25.04.2024, 14:40

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 11 » Kimdir Günahkar?!
15:30
Kimdir Günahkar?!
Oxuyacağınız bu məktub həqiqidir.Sırf hekayə adına yazılmayıb.Tam real.Yazn bir tələbədir.Yazan şəxs bir türk tələbəsidir.İslamı tərk edib Xristian olmuşdur.Səbəblərini bu qısa məktubunda biləcəksiniz!

Kimdir Günahkar?!
 
 
Əziz ATAMANAM !

Bu məktubu oxuduğunuz zaman kədərlənəcəyinizi bilirəm. Aylardan bəri susduğum üçün də kədərlənirdiniz. Amma,nə edək,əlimdən başqa heç nə gəlmirdi. Məni bağışlayacağınızı ümid edirəm.ANAM və ATAM,mən artıq İslam dinini tərk edib xristiyan oldum. Əgər belə etdiyim üçün bir günah işləmişsəm bilin ki, bu günah tamamilə sizə aiddir. Çünki siz, mənə dinimi öyrətməmişdiniz. Mən sadəcə Müsəlman olduğunu bilirdim. Lakin :

* Müsəlmanlıq nədir? Necə olur?

* Peyğəmbərim kimdir? Necə bir şəxsdir?

* Quran necə bir Kitabdır və nələrdən bəhs edir?

* Müsəlmanlıqda necə və nə üçün ibadət edilir?

Bütün bunlar məncə bilinməyən şeylərdir,mənə izah etmədiniz ,öyrətmədiniz. Bura gəldiyim zaman,əksər fransızların dindar olduqlarını gördüm.Hər evdə bir neçə İsa və Məryəmə aid şəkil vardı,yeməyə başladıqları zaman dua oxuyurdular. Mən isə onlara kəmağıl-kəmağıl baxmaqdan başqa bir şey edə bilmirdim. Din, İman ALLAH,Peyğəmbər, Quran və ibadət haqqında mənə bir çox suallar verərdilər. Amma mən heç birinə cavab verə bilmirdim. Siz, mənə bunları öyrətməmişdiniz. Hətta mənim ölkəmdə dindarlıq ayıb idi. Məsələn litseydə dərs tədris edən bəzi müəllimlər dindarlığın, fanatizm, mürtəcelik olduğunu izah edir,ondan sonra dərsə başlayardılar.Uşaqlardan biri dindən bəhs etsə, istər müəllimlər olsun,istər şagirdlər həmin şagirdə lağ edərdilər,Hey,səfeh : "Neçənci əsrdəsən?"- deyərdilər..

Oruc tutmaq bir günah, Namaz qılmaq bir ayıb idi. Burada isə, vəziyyət tam tərsinədir. Nə qədər aldanmışıq? Nə qədər aldadılmısınız? Avropanın dinsiz olduğunu zənn edirdik.
Dinsizliyi irəlilik, dindarlığı gerilik sayardıq,halbuki,nə qədər yanılmısınız.Burada hər kəs dindən, imandan, İsadan bəhs edir,dinsizlər isə çox sevilmir.Əksərinin cibində incil var. Bütün bunların qarşısında içimdə bir boşluq hiss etdim. Xristiyanların əksəriyyəti ibadət edirdi,mən isə nə öz dinimdən, nə də onların dinindən bir şey bilirdim. .Yavaş-yavaş xristiyanlığı öyrənmək üçün bir maraq bürüdü məni.Öyrəndim və nəhayət,xristiyan oldum. Artıq təhsil xərclərimi kilsə üzərinə götürdü.

Bundan sonra mənə, istər məktub göndərin, istər göndərməyin.
Siz bilərsiniz, amma təkrar edirəm:
Əgər dinimi tərk edib günahkar olmuşamsa, bu günah tamamilə sizə aiddir.
Allah sizi bağışlasın...
İndi Sizlərə 1 sual verirəm : Kimdir günahkar?! Omu,Valideynlərimi,yoxsa nəfs?!Siz deyin,Onu və ya Onları (Valideynlərini) bağışlamaq olarmı?!
Sitat : "Onu bağışlamaq olarmı?!" AZƏRBAYCAN kinosu.
Fikirləri Bilmək Çox Maraqlı Olardı.


Категория: Maraqlı məlumatlar | Просмотров: 592 | Добавил: Fallen-star | Рейтинг: 0.6/8
Всего комментариев: 3
0  
3 Nelly   (16.08.2010 17:07) [Material]
maraqlidir.amma men fikirimi bildirsem bura yerlesmez.Yeni yazsam bir roman yazaram bu movzu ile bagli

0  
2 Doktor_kız   (15.08.2010 22:33) [Material]
eslinde sohbet mehz bu hekaye olmasada umumiyetle bir gunah varsa ortada o bir insanin gunahi deyil.haminin,cemiyetin,insanligin gunahidi........

0  
1 Pelin   (11.08.2010 19:07) [Material]
maraqli xeberdir amma cavab vermekde bir az cetinlik cekirem

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]