Cümə, 22.09.2017, 17:49

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 31 » İnternetin ən təhlükəli məşhurları
00:38
İnternetin ən təhlükəli məşhurları


Hollywood ulduzu Cameron Diaz, internet fırıldaqçılarının qurbanlarını tələyə salmaq üçün istifadə etdiyi adların başında iştirak etdi.


Mərkəzi ABŞda olan, kompüter viruslarına qarşı proqram inkişaf etdirən McAfee firması, keçən ay etdiyi yeni araşdırmada, pərəstişkarı olduqları kino ulduzu üçün internetdə axtarış verərək, bu axtarışdan çıxan viruslu linklərə girdiklərində, bank qeydləri, e-mail şifrələri kimi fərdi məlumatlarının oğurlanması riskinə məruz qaldığını ortaya qoydu. Firmanın araşdırması, məşhur film ulduzlarının fotoşəkil və video linklərinə girənlərin, potensial olaraq fərdi məlumatlarının oğurlanmasının yolunu da açdığını göstərir. Araşdırmada, internet fırıldaqçılarının, ən çox məşhur film ulduzları Cameron Diaz, Julia Roberts və ya Jessica Bielin adını istifadə etdiyi ifadə edildi. McAfeenin illik hazırladığı bu siyahı, Oscar mükafatları siyahısı qədər olmasa da böyük əhəmiyyət ifadə edir. Çünki fırıldaqçılar, siyahıda iştirak edən bu məşhurların, qurbanları internetdə tələyə salmaq üçün mükəmməl yem olduqlarına inanır. McAfeeyə görə, internetdə axtarılan ən təhlükəli digər məşhurlar arasında Gisele Bündchen, Brad Pitt, Adriana Lima, Jennifer Love Hewitt, Nicole Kidman, Tom Cruise, Heidi Klum, Penelope CruzAnna Paquin də iştirak edir.
Категория: Maraqlı məlumatlar | Просмотров: 433 | Добавил: Fallen-star | Теги: təhlükəli məşhurlar | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 Doktor_kız   (01.09.2010 15:16)
vay alcaklar vayyyyy

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]