Cümə axşamı, 25.04.2024, 10:22

Приветствую Вас Qonaq | RSS

Главная » 2010 » Avqust » 26 » Azərbaycan ərazisində mumiya tapıldı! (+video)
21:55
Azərbaycan ərazisində mumiya tapıldı! (+video)



İran hökuməti 4 min yaşlı abidəni məxfi saxlamaqda davam edir Azərbaycan ərazisindən mumiya tapılıb. İndiki İranın tərkibində olan Qərbi Azərbaycan ostanında, Qızıllı kəndi yaxınlığında təsadüfən qədim Azərbaycan dövləti padşahlarından birinin mumiyası tapılıb. Bu nadir tapıntı İranın Ermənistanla birlikdə tikdirdiyi Xudafərin su anbarında qazıntı işləri görülən zaman aşkar edilib. Bir neçə min il əvvəl Azərbaycan ərazisində dövranını sürmüş padşahın mumiyalanmış cəsədi bir həvəskar tərəfindən videolentə alınıb. Əldə etdiyimiz məlumata görə tapıntı barədə xəbər tutan Iran rəsmiləri onu götürüb aparıblar və bu vaxta qədər də dünya arxeoloqları, eləcə də Azərbaycan tarixçiləri bu haqda məlumatlandırılmayıblar. Halbuki, mumiya Azərbaycanın tarixi ərazisində aşkar edildiyi üçün Iran elmi nomenklaturası onun öyrənilməsi üçün Azərbaycan alimlərinə müraciət etməli idi.



Şəkildən göründüyü kimi bu nadir tapıntının üzərində qədim mixi yazıları ilə yazılmış kitabə mövcuddur. Cəsədin başına geyindirilmiş tac qızıldandır və olduğu kimi qalıb. Cəsədin yerləşdirildiyi tabut da qızıldandır. Onun yanına qədim döyüş silahı olan nizə qoyulub. Cəsədin baş tərəfində, sağda isə qızıl sandıqça qoyulub. Padşahın başında olan tac, onun nizəsi, üzərindəki kitabələr və sandıqça qiymətli daşlarla bəzədilib. Bu əlamətlər qəti olaraq müəyyənləşdirməyə imkan verir ki, mumiyalanmış cəsəd bir zamanlar bu ərazidə hakimiyyət başında olan ünlü padşahlardan biri olub. İlkin dəyərləndirməyə görə bu mumiyanın yaşı üç min ildən artıqdır. Güman edirik ki, Azərbaycan Elmlər Akademiyasının tarixçiləri və arxeoloqları bu tapıntının birgə öyrənilməsi üçün İrana rəsmən müraciət edəcəklər. Əgər İran tərəfi abidəni məxfi qrifi altından çıxarsa, mumiyanın öyrənilməsi bölgənin tarixi ilə bağlı məqamlara mühüm dəqiqləşdirmələr etməyə imkan verəcək.//"Azadlıq"




Категория: Video | Просмотров: 557 | Добавил: Fallen-star | Рейтинг: 5.0/1
Всего комментариев: 4
0  
4 Doktor_kız   (28.08.2010 20:07) [Material]
cox qorxuludu

0  
3 Pelin   (27.08.2010 20:05) [Material]
Mehdi mence bu xeber super xeberdir.

0  
2 Nelly   (27.08.2010 19:01) [Material]
cox maraqlidi

0  
1 Pelin   (27.08.2010 15:46) [Material]
eladi,hem de cox maraqlidi

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]